Satılır 2 otaqlı yeni tikili 73 m², Biləcəri q.
28.10.2026
Elan nömrəsi: 1008933
bina.az Mülkiyyətçi
134.000 AZN 1.836 AZN/m2 Satılır
Təmirsiz
Bakı. Binəqədi Biləcəri Həmdəm Ağayev küçəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.10.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 1008933
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 73 m2
Mərtəbə 5 mərtəbə
Binanın mərtəbə sayı 15 mərtəbə
Otaq sayı 2 otaq
Sənəd Digər
Kredit Kreditsiz
Greenville Residence-də günəşli, həyət və hovuz mənzərəli 2 otaqlı mənzil — birbaşa sahibindən! Aral Group-un Greenville Residence premium yaşayış kompleksinin H1 korpusunda, 5-ci mərtəbədə yerləşən, sahəsi 73 m² olan 2 otaqlı mənzil satılır. Bu mənzili özüm yaşamaq üçün seçmişəm. Mənim üçün ideal olan 5-ci mərtəbə, mənzilin günəş düşən tərəfdə yerləşməsi və balkondan kompleksin həyətinə, hovuzuna açılan gözəl mənzərə seçimimdə əsas rol oynayıb. Təbii işıq alan, işıqlı mənzil axtaran və həyət mənzərəsinə önəm verən alıcılar üçün cəlbedici seçimdir. Mənzil təmirsizdir (podmayak). İnteryeri, materialları və bütün detalları öz zövqünüzə uyğun seçərək arzuladığınız evi yaratmaq imkanı verir. Kompleks haqqında: • Yaşıllıq və istirahət zonaları olan qapalı həyət; • Uşaq oyun və idman meydançaları; • Gəzinti və aktiv istirahət üçün sahələr; • 24 saat mühafizə. Layihədə həmçinin açıq və qapalı hovuzlar, fitnes və SPA, ticarət sahələri və ikimərtəbəli yeraltı avtodayanacaq nəzərdə tutulub. Sənəd: tikinti şirkəti ilə müqavilə. Satış birbaşa mənzil sahibi tərəfindən həyata keçirilir. QİYMƏT VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ Mənzil sahibinə ödəniləcək məbləğ: 123 000 AZN. Mənzil hazırda kreditdədir. Kreditin bitməsinə 10 ay qalıb, aylıq ödəniş 1 100 AZN-dir. Qalan ödənişlər alıcı tərəfindən davam etdirilməlidir. Qalan 11 000 AZN kredit ödənişi göstərilən 123 000 AZN qiymətə daxil deyil. Mənzil üçün ödəniləcək ümumi məbləğ, qalan kredit ödənişləri ilə birlikdə, 134 000 AZN təşkil edir. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Zəng et
Bənzər elanlar