Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
19.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 973297
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə130 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı12 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
SƏMƏD VURĞUN KÜÇƏSİNDƏ PRESTİJLİ LÜKS 3 OTAQLI MƏNZİL
Səməd Vurğun küçəsində, Türkiyə və Rusiya səfirliklərinə, həmçinin Zabitlər Bağına yaxın məsafədə yerləşən şəhərin nüfuzlu yaşayış komplekslərindən biri – “Mamedin Binaları” (Global MTK) layihəsində geniş və komfortlu 3 otaqlı mənzil satışa təqdim olunur.
Ümumi sahəsi 130 kv.m olan mənzil yaxşı təmirli vəziyyətdədir və rahat ailə yaşayışı üçün funksional planlaşdırmaya malikdir. Mənzil yarımyelçəkən layihəlidir, geniş və işıqlı otaqlara sahibdir. Böyük vitraj pəncərələr mənzilə kifayət qədər təbii işıq daxil olmasını təmin edir. Həmçinin mənzilin 3 geniş eyvanı mövcuddur.
Kompleks müasir yaşayış üçün bütün zəruri imkanlarla təmin olunub. Ərazidə 24/7 kamera nəzarəti və mühafizə xidməti, kodlaşdırılmış giriş-çıxış sistemi, qapalı və təhlükəsiz həyət, yeraltı avtodayanacaq, müasir və sürətli liftlər, eləcə də yanğın təhlükəsizlik sistemi mövcuddur. Qaz, su və işıq daimidir.
Mənzilin yerləşdiyi ərazi şəhərin ən əlverişli və prestijli hissələrindən biridir. Kompleksin ətrafında fitnes mərkəzləri, supermarketlər, restoranlar, kafelər və gündəlik yaşayış üçün lazım olan digər xidmət obyektləri yerləşir. Mərkəzi lokasiya həm şəhərin əsas nöqtələrinə rahat çıxış, həm də yüksək həyat komfortu baxımından böyük üstünlük yaradır.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir