Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 945223
Haqqında məlumat
Obyektin növüObyekt
Metroİnşaatçılar
Sahə500 m2
SənədÇıxarışlı
KreditKreditlə
TƏCİLİ SATILIR
Bakı şəhərində, İnşaatçılar metrosundan 20 Yanvar istiqamətində hərəkət edərkən yolun sağ tərəfində, Uzmanlar Klinikasının üstündə yerləşən binada qeyri-yaşayış sahəsi satılır.
İnşaatçılar metro stansiyasından cəmi 200 metr məsafədə yerləşir.
Ümumi sahəsi 500 kv.m, çıxarış üzrə sahəsi 413 kv.m-dir.
Sahə hazırda ofis kimi istifadə olunub. İstəyən şəxs ofis kimi saxlaya, istəyən isə mənzilə çevirə bilər.
Mənzilə çevirmək üçün tərəfimdən 6 mənzildən ibarət layihə hazırlanıb. Layihədə iki ədəd 1 otaqdan 2 otağa çevrilən, iki ədəd 2 otaqlı və iki ədəd 2 otaqdan 3 otağa çevrilən mənzil nəzərdə tutulub.
Mövcud texniki pasportdakı planı və hazırlatdığım yeni layihəni şəkillərdə təqdim edəcəyəm. Bu, mənim hazırlatdığım layihədir. Alıcı istəyə uyğun olaraq layihədə dəyişiklik edə və ya özünə uyğun yeni layihə hazırlada bilər.
Binanın üstünlükləri:
Lift birbaşa mərtəbəyə qalxır.
Binanın altında parkinq mövcuddur.
Geniş və rahat həyəti var.
Üst hissəsində mansard mövcuddur.
Binada qonşu sahələr yaşayış mənzilləridir.
Həm ofis kimi istifadə etmək, həm də mənzilə çevirərək investisiya etmək istəyənlər üçün əlverişli variantdır.
Qiymətdə razılaşmaq mümkündür. Ciddi maraqlanan şəxslərə ətraflı məlumat veriləcək.